Ballı peçenye

 Ballı peçenye

Ərzaqlar:

Yulaf lopaları – 80 qr.
Un – 250 qr.
Kərə yağı – 70 qr.
Bal – 2 x.q.
Xama – 2 x.q.
Yumurta – 1 ədəd
Şəkər – 60 qr.
Qabartma tozu – 10 qr.

Hazırlanması:

Yulaf lopaları marketlərdə səhər yeməyi üçün hazır qutularda satılan ovsyankadır. Onun bişirməyə ehtiyac olmayan növünü alın, hansı ki, suya, südə qatıb tez yeyirlər.
Un, yulaf lopaları, şəkər tozu və qabartma tozu bir qabda birləşdirilir. Ayrıca qabda yumurta, bal, xama qarışdırılır.  Bu kütlə unlu kütləyə qatılır və qarışdırılır. Kərə yağı yumşaldılır, doğranılıb, xəmirə atılır və yoğrulur. Yapışqanlı xəmir alınmalıdır. Xəmiri 5-6 sm. qalınlıqda yayır və ondan dairəvi peçenyelər kəsirsiz. Formaya perqament sərir, peçenyeləri düzür, 190 dərəcədə 15 dəqiqə bişirirsiz.

 

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər