Ballı-limonlu tərəvəz salatı

Ballı-limonlu tərəvəz salatı

Tərkibi:
3 xiyar
2 yaşıl alma
100 q kahı
100 q cəfəri
2-3 ç.q. bal
0,5 limonun şirəsi
80 q araxis (yaxud küncüt)
duz
istiot
bitki yağı

Hazırlanması:
Xiyarla almaları yuyub qurulayın. Almanın cecəyini çıxarın. Sonra koreya üsulu yerkökü üçün olan sürtgəcdən alma ilə xiyarı keçirin.

Almaların üzərinə azca limon şirəsi səpin, xiyarla qarışdırın.
Kahı yarpaqlarını yuyun, suyu çəkiləndən sonra əlinizlə parçalara ayırın. Göyərtini xırda doğrayın.

Balı limon şirəsində əriyənəcən qarışdırın.

Cəfəri ilə kahını duzlayıb-istiotlayın, üzərinə sousu töküb qarışdırın.

Qaba kahı ilə göyərti qarışığını, üzərinə alma ilə xiyarı qoyun. Azca istiot vurun, üzərinə sevdiyiniz bitki yağını gəzdirin, araxis (yaxud qoz), küncüt, yaxud limon sedrası səpin.

Mənbə: Dadlı.az 

Bu kateqoriya üzrə digər xəbərlər