Azərbaycanlı müğənni "X factor"da

Azərbaycanlı müğənni

Litvanın “X faktor” televiziya müsabiqəsində 30 yaşlı azərbaycanlı rok-musiqiçi Vüsal Rzasoy iştirak edir.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, o, müsabiqədə iştirakı, ifa etdiyi mahnılar və maraq dairəsi haqqında danışıb.

Azərbaycanı təmsil edən gənc musiqiçi müsabiqədə öz mahnılarını Azərbaycan, ingilis və hətta Litva dilində ifa edir. “X faktor” müsabiqəsi üçün o, ingilis dilində “Now is the time” və “A tired man” adlı iki mahnı yazıb. Avqustun 3-də baş tutacaq müsabiqənin növbəti mərhələsində V.Pzasoy Azərbaycan dilində “Məhsəti və bir” mahnısını tamaşaçılara təqdim edəcək.

V.Rzasoy deyir ki, Litva müsabiqənin münsiflər heyətinə tanınmış caz müğənnisi Yuste Arlauskayte-Yazzu daxildir və azərbaycanlı musiqiçi onun komandasına düşmək istəyir.

Vüsal Rzasoy deyir ki, müsabiqədə Azərbaycanı hamını unikallığı ilə özünə cəlb edən, xeyirxah insanların yaşadığı və isti dənizin olduğu günəşli ölkə kimi təbliğ edir.

Bu kateqoriya üzrə digər xəbərlər