Azərbaycan mətbəxi: Ayran aşı

Azərbaycan mətbəxi: Ayran aşı

Ərzaqlar:
Düyü – 500 qr.
Qatıq – 300 qr.
Ət (toyuq, quzu, mal ola bilər) – 300 qr.
Su – 2 litr
Şabalıd – 50 qr.
Albuxara – 30 qr.
Kişmiş – 40 qr.
Soğan – 100 qr.
Kərə yağı – 60 qr.
Sarıkök – 5 qr.
Duz – bol olmalı.

Hazırlanması: Bişmiş şabalıd, albuxara 2 yerə bölünür. Kişmiş yuyulur. Qatıq qabda qarışdırılır. Qazana 2 litr su alınıb qatıq əlavə olunub, ayran halına gətirilir. Düyü əlavə olunur və yüksək odda, mütəmadi qarışdırılaraq (doğva kimi bulanaraq) 20-30 dəqiqə bişirilir. Əsas düyünün şişməsi və yumşalmasıdır. Qazan ocaqdan götürülür, düyü süzülür və aş zəif odda dəmə qoyulur. Zəfəranlı su gəzdirilir.
Tavada kərə yağında soğan qovrulur. Ət tikələri əlavə olunub bişirilir. Şabalıd, albuxara qatılır. Bişənə yaxın kişmiş səpilir. Aş qara hazırlanır.
Düyü çəkilir və üzərinə qarası qoyulur. Düyünü sonradan soyuducuda saxlayıb, ürəyiniz istədikdə, sərin-sərin də yeyə bilərsiz.

Mənbə: Sufrem.az

Bu kateqoriya üzrə digər xəbərlər