Azərbaycanlılar bu ölkəyə vizasız gedəcək

Azərbaycanlılar bu ölkəyə vizasız gedəcək

İndoneziya Azərbaycan vətəndaşları üçün turist vizasını ləğv edib.

Axşam.az xəbər verir ki, bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xəbərə görə, Azərbaycan vətəndaşlarına İndoneziyaya səyahət etmək üçün yalnız pasport lazım gələcək. Azərbaycanlı turistlər bir ay vizasız bu ölkədə qala biləcəklər.

Qeyd edək ki, buna qədər İndoneziyaya vizanın qiyməti 50 ABŞ dolları idi.

Bu kateqoriya üzrə digər xəbərlər