Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO

Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO

Rusiyanın “mədəni paytaxtı” Sankt-Peterburqda azərbaycanlı biznesmenin iştirakı ilə silahlı insident yaşanıb.

Modern.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən mehmanxanalardan birinin barında biznesmenlər Stanislav Yakovlev, Pavel Tatarinov, A.Ağaxanov və Yevdokimovla 4 polis əməkdaşı mübahisə ediblər.

Biznesmenlərin say çoxluğunu nəzərə alan polislər barı tərk ediblər və qısa müddətdə əraziyə əlavə qüvvələrlə gəliblər. Dava zamanı tərəflər odlu silaha əl atıblar. Beysbol bitaları, rezin dəyənəklər və digər əşyalardan istifadə olunan insident zamanı biznesmen Pavel Tatarinov odlu silahdan atəş açaraq polis əməkdaşını yaralayıb. 

Qüvvələr nisbətinin polislərin xeyrinə dəyişdiyini anlayan biznemsnelər ağ “Mercedes” maşınında ərazini tərk etməyə çalışsalar da, qısa müddətdə saxlanılıblar.

Məlumata görə, hadisə günü polislər cinayət axtarış şöbəsi gününü qeyd ediblər. Lakin insidentin baş vermə səbəbləri hələlik məlum deyil.

Digər məlumata görə, dava zamanı xəasarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Başından güllə yarası alan polis əməkdaşının isə komada olduğu bildirilir.

Sankt-Peterburq sakinləri kütləvi davada 40-dan artıq insanın iştirak etdyini bildirib.

Rusiya İstinatq Komitəsi faktlıa bağlı geniş araşdrıma aparır. İnsidentlə bağlı bir neçə nəfər, o cümlədən, azərbaycanlı A.Ağaxanov da saxlanılıb.

Bu kateqoriya üzrə digər xəbərlər