Bu gün oktyabrın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 6-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 5-i ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0483 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0042 manat və ya 0,36% azalaraq 1,1724 manata enib.
Manata nəzərən Rusiya rublu isə 0,0004 manat və ya 1,53% artaraq 0,0162 manat olub.