Ağstafada yaşayan Valeh Abbasəliyev 1973-cü ildə istehsal edilən "Çayka" avtomobilini yenicə zavoddan çıxmış kimi qoruyub saxlayır. Dəfələrlə maşına yüksək qiymət təklif etsələr də, onu satmaq istəməyib. İndi isə fikrini dəyişib. Deyir əgər istəyən olsa 1 milyon manata sataram.
Qorki avtomobil zavadonun istehsalı olan bu maşın görənlərin diqqətini çəkir. Hətta onunla şəkil çəkdirənlər də olur. Avtomobili görən yol polisləri də bəzən marağını gizlədə bilmirlər.
Avtomat sürət qutusuna malik "Qaz 13"ün geniş salonu var. Salonda soyuducu və monitor da quraşdırılıb. Valeh Abbasəliyev maşını idarə etməyi özündən başqa yalnız oğluna həvalə edir.