Asan Napoleon tortu

Asan Napoleon tortu

Ərzaqlar:

Qat-qat peçenye – 800 qr. (marketlərdə satılır)
Yumurta – 4 ədəd
Süd – 1 l.
Kərə yağı – 150 qr.
Un – 6 x.q.
Şəkər tozu – 0,5 st.
Vanilin – zövqə görə

Hazırlanması: 

Yumurta + şəkər tozu + un + vanilin qarışdırılır, üzərinə süd tökülür, qarışdırılır. Kütləni vam odun üzərinə qoyuruq, qarışdıra-qarışdıra qatılaşana kimi bişiririk. Oddan götürəndən sonra içinə yağı da əlavə edirik, həmcins olana kimi qarışdırırıq. İndi tortu hazırlayaq: əvvəlcə formanın içinə azca krem yaxırıq. Sonra bir qat peçenye, bir qat krem olmaqla 5-6 qat edirik. Ən sonda kremin üzərinə bolluca peçenye ovuntusu səpirik və soyuducuya qoyuruq. Nuş olsun!

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər