Ərzaqlar:
Alma – 4 ədəd
Kəsmik – 100 qr.
1 yumurtanın ağı
Bal – 1 x.q.
Fındıq – 10 ədəd
Mannı yarması – 1,5 x.q.
Kərə yağı – 1 x.q.
Darçın – bir çimdik
Hazırlanması:
Fındıqları əzirik, mannı yarması ilə qarışdırırıq. Kərə yağını əridib, bu qarışığa əlavə edirik. Sonra onların üzərinə kəsmiyi, yumurta ağını və balı da qatıb, kütləni yaxşıca qarışdırırıq.
Yuyulmuş almaların yuxarı hissəsini “papaq” kimi kəsirik. İçini yaxşıca ovuruq, İçliyi almalara doldururuq və tavaya düzürük.
Desertimizi sobada 180 dərəcədə 15 dəqiqə bişiririk. İsti almaların üzərinə darçın və fındıq ovuntusunu səpə bilərsiniz.
Mənbə: Sufrem.az