Ərzaqlar:
Yağsız kəsmik – 400 qr.
Süd (1%-li) – 100 ml.
Bal – 20 qr.
Jelatin – 15 qr.
Kakao tozu – 50 qr.
Hazırlanması:
Jelatini stəkanda suyun içində 30 dəqiqə bir kənarda saxlayırıq. Sonra əgər içində su qalıbsa, boşaldırırq və şişmiş jelatini odun üzərinə qoyuruq, üstünə süd, kəsmik, bal və kakao tökürük, blenderi qazançanın içinə salıb həll edirik. Sonra kütləni formanın içinə tökürük və soyuducuya qoyuruq.
Özünü tutandan sonra çizkeyk hazırdır. Dilimləyib yeyə bilərsiniz. Nuş olsun!
Mənbə: Sufrem.az