7 gündən sonra bu faydalı, bol vitaminli və ətirli şorbanın effektini hiss edəcəksiz: piylər əriyəcək, immunitet bərkiyəcək, həm də ağız dadınız dəyişəcək!
Qeyd: Limon şorbası ilə olan pəhriz 7 gün davam edir, 4-5 gün fasilədən sonra yenidən bu şorbanı yeyə bilərsiz.
Ərzaqlar:
Yumru düyü – 6 x.q.
Mərci – 6 x.q.
Limon – 1 ədəd
Baş soğan – 1 ədəd
Sarımsaq – 2 diş
Bulyon – 1,5 l.
Göyərti – istənilən
Duz – zövqə görə
Sarıkök – ¼ ç.q.
Zeytun yağı – 1 x.q.
Hazırlanması:
Baş soğan və sarımsaq təmizlənir, xırdalanır, 5 dəqiqə zeytun yağında pörtlədilir. Sarıkök səpilir, qarışdırılır və oddan götürülür.
Soğançanı qazana tökürsüz, bulyonu üzərinə süzüb odun üzərinə qoyursuz. Düyü və mərci yaxşıca yuyulur, qazana tökülür, qarışdırılır və 20-25 dəqiqə qaynayandan sonra şorba hazır!
Limonun qabığı sürtgəcdən keçirilir. Suyu sıxılır və həm qabığı, həm şirəsi qaynar şorbaya əlavə edilir. Duzlanır, qarışdırılır və üzərinə göyərti səpilərək süfrəyə verilir.
Mənbə: Sufrem. az