ABŞ-ın texnologiya nəhəngi "Apple" şirkətinin rəhbərliyi peşəkar hakerləri işə qəbul etməyə qərar qəbul edib.
Sonxeber.az-ın məlumata görə, bu hakerlər daha əvvəllər da iOS əməliyyat sistemi üçün ceylbreklərin tərtibatı ilə məşğul olublar.
Şirkət bu mütəxəssisləri özünün yeni cihazları üçün yaradacağı əməliyyat sistemlərinin yaradılmasında istifadə edəcək. İşə götürülən hakerlər yeni təhlükəsizlik platformasının tərtibatını həyata keçirəcəklər. Bundan başqa, proqramçılar "iPhone", "iPad" və "iPod" əməliyyat sistemlərini daha az həssas etməlidirlər.
Hakerlərin özlərinin sözlərinə görə, istehza ondadır ki, əvvəllər iOS əməliyyat sistemini sındırmaq istəyən insanlar indi böyük maraqla "Apple" şirkətinin əməliyyat sisteminin sındırılmaya qarşı daha təhlükəsiz edilməsi üzərində işləyəcəklər. Hazırda tərtibatçıların fəaliyyəti barədə hər hansı ətraflı məlumat yoxdur.
Ancaq mənbənin məlumatına görə, bütün bunlarla bağlı məlumatlar yaxın gələcəklə açıqlanacaq.