Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.
İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.
 
                 
         Azərbaycan boksçusu dünya çempionu olub
        
        Azərbaycan boksçusu dünya çempionu olub
     Türkiyənin xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
        
        Türkiyənin xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
     Gələn həftə 4 gün iş olmayacaq
        
        Gələn həftə 4 gün iş olmayacaq
     AZAL Bakı-Dubay-Bakı marşrutu üzrə qiymətləri endirir
        
        AZAL Bakı-Dubay-Bakı marşrutu üzrə qiymətləri endirir
     Avropa İttifaqı Azərbaycana 13,6 milyon avro maliyyə yardımı ayırıb
        
        Avropa İttifaqı Azərbaycana 13,6 milyon avro maliyyə yardımı ayırıb
     
                 
                     
            