Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.
İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.
 
                 
         Azərbaycan “Avronest”dən çıxdı
        
        Azərbaycan “Avronest”dən çıxdı
     Sabahdan dərmanlar yeni qiymətə satılacaq
        
        Sabahdan dərmanlar yeni qiymətə satılacaq
     "Benzinin ucuzlaşması məsələsi gündəmdə deyil"
        
        "Benzinin ucuzlaşması məsələsi gündəmdə deyil"
     "Danışanda, avropalıların ağızına çullu dovşan sığmır”
        
        "Danışanda, avropalıların ağızına çullu dovşan sığmır”
     Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
        
        Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı
     Rusiyada yaşlı qadını mağazada “nokaut” etdilər – VİDEO
        
        Rusiyada yaşlı qadını mağazada “nokaut” etdilər – VİDEO
     Yol Polisi sürücülərə xəbərdarlıq etdi!
        
        Yol Polisi sürücülərə xəbərdarlıq etdi!
     Gürcü qız dünyanın ən gözəl qızı oldu - FOTO
        
        Gürcü qız dünyanın ən gözəl qızı oldu - FOTO
     Aysel Əlizadəyə nazirlikdə vəzifə verildi
        
        Aysel Əlizadəyə nazirlikdə vəzifə verildi
     
                 
                     
            