Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.
İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.
 
                 
         Azərbaycanda soyadı olmayan şəxs deputatlığa namizəd oldu
        
        Azərbaycanda soyadı olmayan şəxs deputatlığa namizəd oldu
     Ərdoğan Rusiya təyyarələrini vuracağı ilə hədələdi
        
        Ərdoğan Rusiya təyyarələrini vuracağı ilə hədələdi
     Yardımlıda gəlini “KAMAZ”la gətirdilər
        
        Yardımlıda gəlini “KAMAZ”la gətirdilər 
     Bakıda sevgilisi ilə gəzən qızın başına daş düşdü
        
        Bakıda sevgilisi ilə gəzən qızın başına daş düşdü
     Azərbaycan polisinə yeni səlahiyyətlər verildi
        
        Azərbaycan polisinə yeni səlahiyyətlər verildi
     Azərbaycan neftinin qiyməti 5.88% bahalaşdı!
        
        Azərbaycan neftinin qiyməti 5.88% bahalaşdı!
     Bakıda toyda dava düşdü, bıçaqlananlar var
        
        Bakıda toyda dava düşdü, bıçaqlananlar var
     Rusiya Türkiyənin hava məkanını pozmasını təsdiq etdi
        
        Rusiya Türkiyənin hava məkanını pozmasını təsdiq etdi
     Azərbaycanda dollar və rubl bahalaşıb, avro ucuzlaşıb
        
        Azərbaycanda dollar və rubl bahalaşıb, avro ucuzlaşıb
     
                 
                     
            