Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçunun kimliyi məlum olub.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.
Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.
İlkin məlumata görə, Səhər Çağla Dəmir və bir kişi terrorçu ilə 5 gün Ankaraya əvvəl gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Yaralılardan 20-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, bu, son 5 ayda Ankarada törədilən 3-cü partlayışdır. Ötən il oktyabrın 10-da törədilən partlayışda 107, bu il fevralın 17-də törədilən partlayışda isə 29 nəfər ölüb.
 
                 
         Bakıda güclü külək ağacları aşırdı
        
        Bakıda güclü külək ağacları aşırdı
     Bakıda ər-arvad həbs edildi
        
        Bakıda ər-arvad həbs edildi
     Azisin Bakı konsertinin vaxtı və qiyməti bəlli oldu
        
        Azisin Bakı konsertinin vaxtı və qiyməti bəlli oldu
     "Kedicik"dən yeni FOTOLAR
        
        "Kedicik"dən yeni FOTOLAR
     Səlim Müslümov vəzifədən ayrıldı
        
        Səlim Müslümov vəzifədən ayrıldı
     Sabahdan havanın temperaturu 7-10 dərəcə enəcək
        
        Sabahdan havanın temperaturu 7-10 dərəcə enəcək
     Rusiya aviasiyası İŞİD-in təlim düşərgəsini məhv edib
        
        Rusiya aviasiyası İŞİD-in təlim düşərgəsini məhv edib
     Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO
        
        Azərbaycanlı biznesmen polislərlə atışdı - VİDEO
     “Lexus”da qardaşları güllələyən bank əməkdaşının məhkəməsi başlayır
        
        “Lexus”da qardaşları güllələyən bank əməkdaşının məhkəməsi başlayır
     
                 
                     
            