Ərzaqlar
5 ədəd qırmızı alma
6 yemək qaşığı şəkər tozu
1 yemək qaşığı darçın
Qoz və ya fındıq
6 yarpaq paxlavalıq yuxa
İstəyə görə quru üzüm
1 yemək qaşığı kərəyağı
Hazırlanması: Almaları soyub kvadrat şəklində doğrayib, qazana qoyub üzərinə şəkəri əlavə edib bişirin. Kərəyağını əridin. Soba qabına 1 qat yuxa yerləşdirib ərimiş kərəyağıyla yağlayın. Bu şəkildə üç qat düzəldin .Daha sonra bişən almaların üzərinə darçını töküb, qarışdırın. Yuxaların üzərinə əlavə edin. Üzərinə qoz və ya fındığı əlavə edin, eyni şəkildə 3 qat yenə yuxa düzəldin. Ən üstdəki yuxanın üzərini fırça ilə yağlayib, 180° isidilmiş sobada üzəri qızarana qədər bişirin (təxminən 30 dəqiqə) . bişəndən sonra üzərinə şəkər kirşanı əlavə etmək olar.
Mənbə: metbexdenxeberler.com