Ölçüləri təxminən Yer planeti ölçüləri qədər olan, amma yüksək temperatur ilə seçilən qayalıq planet astronomlar tərəfindən aşkar edilib. Planet Günəşdən 39 işıq ili məsafəsində yerləşir.
Oxu.Az xəbər verir ki, bu səma cismi haqqında Nature jurnalında yazılıb.
GJ1132b planeti Yerdən 1,2 dəfə böyükdür. O, əsasən dəmir və qayalıqlardan ibarətdir. Səma cisminin diametri 15 min kilometr, kütləsi isə 60 faiz çoxdur. Onun səthində dayanan insan Yerdə olduğundan 20 faiz çox cazibə qüvvəsi hiss edərdi.
Bu, Yerə bənzər ən yaxın planetdir, o analoqlarından fərqli olaraq Günəşə üç dəfə yaxındır.
GJ1132b insan üçün çox istidir, amma sıx atmosferə malik ola bilər. Alimlər ehtimal edirlər ki, o Venera planetinə çox bənzəyir. Onun atmosferində helium və hidrogen üstünlük təşkil edir. Əgər keçmişdə GJ1132b-nın səthində su olubsa, o zaman onun atmosferində oksigen və karbon qazı ola bilər.
Astronomlar bu hipotezaları gələcək nəsil teleskoplarından, məsələn, Ceyms Uebbinin (2018-ci ildə buraxılacaq) teleskopundan birbaşa müşahidələr apararaq, yoxlamağa ümid edirlər. Beləliklə, alimlər planetdə qürubun rəngini müəyyənləşdirəcəklər, müvafiq olaraq səthin istiliyini, eləcə də küləklərin gücünü müəyyənləşdirəcəklər.
Astronomlara məlum olan qayalıq planetlərin əksəriyyətinin səthi istidir: o planetlərdə səthin temperaturu iki min dərəcəni keçir, daha öncə Günəşə yaxın olan Yerə bənzər planet 127 işıq ili məsafəsində aşkar edilmişdi.
“Bizim son məqsədimiz Yer planetinin əkizini tapmaqdır, amma bu yolda Veneranın əkizini tapdıq. Biz orada atmosferin Venera planetində olduğu kimi olmasından şübhələnirik, onu müşahidə etmək üçün səbirsizlənirik”, - Harvarddan tədqiqatın həmmüəllifi Devid Şarbonno qeyd edib.