Müğənni Alişan “Ölümsüz aşklar” klipində rol alan model Çağla Şikelə hədiyyə verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, klip üçün Alişan Çağladan nə qədər qonorar istədiyini soruşub. Amma model dostundan pul istəmədiyini bildirib.
Alişan Şikel üçün məşhur “Louis Vuitton” brendinin çantasını alıb. Çantanın qiyməti 6 min lirədir (təxminən 3 min manat).
Qeyd edək ki, Çağla 19 illik sənət həyatında yalnız Çelikin klipinə çəkilib. 2000-ci ildə Alişan Şikelə "Ah yar” klipində çəkilməyi təklif etsə də, model razılaşmamışdı.