Acarsayağı xaçapuri

Acarsayağı xaçapuri

Tərkibi:
şəkər – 1 ç. q.
duz – 1 ç. q.
un – 1 kq
bitki yağı – 1 x. q.
süd – 1 stakan
qabartma tozu – 1 x.q.

İçlik üçün:
Təzə ağ pendir – 1 kq
yumurta – 8-10 əd.
kərə yağı – 100 q

Hazırlanması:
Un ələnir, kasaya südlə qarışdırılmış 0,5 l ilıq su tökülür, qabartma tozu, şəkər, duz və bitki yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır.
Xəmirin üstü örtülür və 1,5 – 2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1 – 1,5 saatlıq qoyulur qalsın.
İçlik üçün pendir sürtgəcdən keçirilir, övkələnir, 0,5 stakan qaynadılmış soyuq su əlavə olunur və qatılaşana kimi yaxşıca qarışdırılır.
Xəmir, təxminən 200 qramlıq kündələrə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır.
Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir – yani qayığı xatırladan derinlik alınır: şəkilə diqqət.

 

15 dəqiqəlik qaynar sobaya ( 250C temperaturda) qoyuruq. Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə 1-2 dəq. ərzində sobada bişirilir.

Nuş olsun!

Mənbə:Dadlı.az

Bu kateqoriya üzrə digər xəbərlər