Çində "Apple" korporasiyasının iPhone 6s flaqmanın ucuz analoqu hazırlanıb. Qurğunun qiyməti orijinaldan 15 dəfə ucuzdur.
Qurğular xarici görünüşdən oxşasalar da, "içi" çox fərqlidir.
Çin istehsalçıları bunu "Apple"ın yeniliklərinin təqdimatından ay yarımdan sonra yaradıblar. Çin modelinin nümayiş olunduğu videoçarx artıq oktyabrın 25-də "YouTube" portalında yerləşdirilib.
İstehsalçılar əmin edirlər ki, İphone 6s klonu alıcılara cəmi 37 dollara başa gələcək. Orijinal smartfonun qiyməti isə ikiillik müqavilə ilə 199 dollardan başlayır.
Qurğular xarici görünüşdən həqiqətən bənzəyirlər. Məsələn, klonun displeyinin diaqonalı orijinala uyğundur, aparat üç rəngdə - gümüşü, qızılı və çəhrayı rəngdə təqdim olunub.
Lakin oxşarlıq elə bununla da bitir. Klon aparatında ekran 960x540, əsl iPhone 6s-də 1334x750 təşkil edir. "Apple" məhsulun analoqu Spreadtrum SC773 prosessorla təchiz edilib, yalnız 512 Mb operativ və 4 Gb əsas quraşdırılmış yaddaşı var. Lakin "alma" flaqmanında minimum 16 Gb (128Hb) yaddaş həcmi var.
(AzərTac)