30 yaşa qədər necə varlanmaq olar?

30 yaşa qədər necə varlanmaq olar?

Etiraf etmək lazımdır ki, yaşımız nə qədər gənc olsa həyatdan bir o qədər çox şey gözləyirik. Yaşımız artdıqca isə, bu həvəs artıq qüvvədən düşür. Öz 30 yaşına hələ uzun müddət qaldığı halda sahibkar və investor olmağı bacarmış Aaron Pitman "Gənclər necə varlana bilər?" mövzusunda öz biliklərini paylaşıb.
Hər şeyi 10 000 saat qaydası ilə başlamaq lazımdır. Məsələn, Aaron da məhz belə etmişdi və kollecdəki əyləncələri unudaraq yataqxana yoldaşları ilə ilk layihələri üzərində işləyirdi. Nəticədə 2006-cı ildə, onun 18 yaşı olduqda Pitman bir neçə biznes yaratmağı bacarmışdı. Hazırda Pitman yeni başlayan sahibkarlara online olaraq məsləhətlər verir. Skype ilə bir zəngin dəyəri 400 dollardir. O şəxsən iştirak etdiyi görüşlər üçün isə 25 000 dollar əldə edir.
Bəs o gənc yaşda varlanmaq və uğur qazanmaq istəyən şəxslərə nə məsləhət görür?

Gənc olmaq – müsbət haldır:
Hər şeydən əvvəl yaşınızdan utanmaq lazım deyil. Gənc olmağınız o demək deyil ki, siz işinizi yaxşı bilmirsiniz və dəyəriniz yoxdur. Bir çoxları gərçi belə düşünməyə davam edəcək… xoşbəxtlikdən biznesdə təcrübə böyük əhəmiyyətə malikdir. Yaşınızı gizlətməyin, dürüst olun və uğur qazanmaq bacarığına inanacaq partnyor axtarın.

Ünsiyyət uğuru təyin edə bilər:
İkinci vacib amil – ünsiyyət dairəsidir. Adətən biz ünsiyyət qurduğumuz insanlara bənzəməyə başlayırıq. Buna görə də, mütəmadi olaraq ünsiyyət qurduğunuz insanların sırasında uğur qazanmış və ambisiyalı insanların olması sizin də uğura gedən yolunuzu qısalda bilər.
Uğur qazanmış insanla ünsiyyətdə olmaq elə də asan məsələ deyil. Axı necə olursa olsun ona uyğunlaşmaq istəyirik. Bu hiss çox yaxşı motivator ola bilər. Bundan əlavə, milyonçu dostunuza yaxın zamanda onu geridə qoymaq istədiyinizi bildirə bilərsiniz. Araşdırmalara əsasən, öz məqsədlərini bölüşən insanlar onlara nail olmaqda 33% daha uğurludurlar.
Nüfuzlu insanlarla tanışlıq yeni qapılar açır və imkanlar qazandırır.

Bu kateqoriya üzrə digər xəbərlər