Fransanın Tuluza şəhərində bir evin çardağından təsadüfən tapılan rəsm əsərinin məşhur rəssam Karavacoya aid olduğu üzə çıxıb.
Rəsm əsəri 2014-cü ildə tapılsa da sənət mütəxəssisləri yalnız uzun müddətli araşdırmalardan sonra onun Mikelancelo Merizi da Karavacoya aid olduğunu müəyyənləşdirə biliblər.
Araşdırma qrupunun rəhbəri Erik Turkin əsərin 1604-1605-ci illər arasında çəkildiyini açıqlayıb.
Fransa Mədəniyyət Nazirliyi əsəri “Milli xəzinə” elan edib.
Əsərin ölkədən 30 ay müddətində çıxarılması qadağan edilib. Deyilənə görə, rəsmin qiyməti 120 milyon avrodur.
publika.az